Yaşlı kişi yolun ortasında öldü – TƏCİLİbackend

Yaşlı kişi yolun ortasında öldü – TƏCİLİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, paytaxtın Binəqədi ərazisində \”Şamaxinka\” kimi tanınan ərazidə yolun ortasında ölüm hadisəsi qeydə alınıb.

60-dan yuxarı yaşı olduğu ehtimal edilən mərhumun ölüm səbəbləri hələ ki məlum deyil.

Hadisə şahidlərinin bəzisi onun piyada keçidini keçərkən VAZ -21 011 marakalı 10 ET 260 dövlət nömrə nişanlı avtomaşın tərəfindən vurulduğunu iddia edir. Bəziləri isə sözügedən maşının məhz həmin şəxsə aid olduğunu söyləyir və bildirir ki, mərhum maşını idarə edərkən qəfil ürəyi tutub və yerindəcə dünyasını dəyişir. Hadisə yerinə toplaşan polis əməkdşaları isə olayın səbəblərini açıqlamayıb. Qeyd edək ki, həmin avtomaşın yoldan çıxaraq səkiyə düşmüşdü.

Yaşlı kişi yolun ortasında öldü - TƏCİLİ

Yaşlı kişi yolun ortasında öldü - TƏCİLİ

Yaşlı kişi yolun ortasında öldü - TƏCİLİ

İnterpress.az