Fərhad Bədəlbəyli: “Bəzi məmurlar onu televiziyadan uzaqlaşdırdı”backend

Fərhad Bədəlbəyli: “Bəzi məmurlar onu televiziyadan uzaqlaşdırdı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Musavat.com-a istinadən xəbər verir ki, o, xalq artistini öz sənətinin əfsanəsi adlandırıb:
“Dost gedəndə ürəkdən bir parça qopardır. Rafiq də bizim ürəyimizdən bir parça qopardı.O mənim yaxın dostum idi, ölümü məni çox kədərləndirdi. O, öz sahəsinin əfsanəsidir. Müslüm Maqomayevin vaxtında onlar eyni səviyyədə populyar idi. Bəzi məmurlar onu televiziyadan uzaqlaşdırdı. Rafiq dəyərli şəxsiyyət idi. Çox heyf, onun kimi mərd insan getdi. Allah ona rəhmət eləsin, yeri behişt olsun”.

Qeyd edək ki, Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

İnterpress.az