Donald Tramp İlham Əliyev kimi hərəkət etdibackend

Donald Tramp İlham Əliyev kimi hərəkət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə “Bloomberg” yazıb. Qeyd edək ki, Azərbaycan MHŞT-i bu ilin martında tərk edib.

\”ABŞ hökuməti MHŞT-in prinsiplərində təsbit olunmuş hasilat sektorunda korrupsiya ilə mübarizə və şəffaflıq ideallarına əvvəlki kimi sadiqdir”, – deyə ABŞ Daxili İşlər Departamentinin nümayəndəsi Qreqori Qould bildirib. Ancaq nümayəndə onu da qeyd edib ki, MHŞT ABŞ-ın hüquqi çərçivələrini tam ölçüdə nəzərə almır.

Azərbaycana gəlincə, xatırladaq ki, onun MHŞT-dən çıxdığını Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru, MHŞT üzrə Hökumət Komissiyasının və Çoxtərəfli Qrupun sədri Şahmar Mövsümov qurumun Beynəlxalq İdarə Heyətinin martda Boqotada (Kolumbiya) keçirilən 36-cı iclasında bəyan etmişdi.

O bildirmişdi ki, ikili standartlara görə Azərbaycan daha bu təşkilatda ola bilməz.

Onu da qeyd edək ki, təşkilatdan çıxdıqdan sonra Azərbaycan hökuməti beynəlxalq qeyri-hökumət təşkilatlarının əksəriyyətinin tənqidinə məruz qaldı, ancaq bu məsələdə öz mövqeyini dəyişmədi. Azərbaycan öz qərarını təşkilatın ölkənin daxili işlərinə müdaxiləsi ilə əsaslandırdı.

İnterpress.az