Putin Türk iş adamına dostluq medalı verdibackend

Putin Türk iş adamına dostluq medalı verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Putinin orden verdiyi şəxslərdən biri də türk iş adamı Cavid Çağlar olub.

Cavid Çağlar Türkiyədə illər əvvəl nazir postu tutub. Hazırda iş adamı kimi tanınır. Bundan başqa, Cavid Çağların Rusiyada, xüsusilə Dağıstan Muxtar Respublikasında böyük yatırımları var. Cavid Çağlar Azərbaycanın Baş nazirinin keçmiş birinci müavini Abbas Abbasovun və Dağıstanın keçmiş başçısı hal hazırda Xəzər dənizi regionu ölkələri ilə humanitar və iqtisadi məsələlərə dair əməkdaşlıq üzrə xüsusi nümayəndə Ramazan Abdulatipovun dostudur.

Cavid Çağların adı mediada həm də Rusiya-Türkiyə münasibətlərinin qurulmasında əsas vasitəçi kimi olaraq hallandırılırdı.

Türkiyə Rusiyanın qırıcı təyyarəsini vurduqdan sonra Moskva-Ankara münasibətlərində gərgin durum yaranmışdı. Həmin vaxt Kremli Türkiyə ilə bağlı siyasi, iqtisadi, hüquqi və mədəni münasibətləri dayandırmış, bir çox türkləri ölkədən deportasiya etmişdi.

Sonradan bəlli olmuşdu ki, Moskva-Ankara münasibətlərinin yenidən qurulması üçün Cavid Çağlar iki ölkə arasında vasitəçi rolunu oynayıb. Məhz o, Dağıstan Muxtar Respublikasının prezidenti Ramazan Abdulatipov vasitəsilə Putinə çıxış əldə edib və bundan sonra iki ölkə arasında münasibətlər qaydasına düşüb.

İnterpress.az