Rus polisindən Azərbaycan və Türkiyə bayrağlarına qarşı hörmətsizlik – FOTObackend

Rus polisindən Azərbaycan və Türkiyə bayrağlarına qarşı hörmətsizlik – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə Rusiya hüquq-mühafizə orqanları Moskvada keçirilən \”Xalq Birliyi Günü\”ndə Azərbaycan və Türk diasporunun üzvlərinə Türkiyə və Azərbaycan bayrağlarını meydanda dalğalandırmağı qadağan edib.

Bu barədə İnterpress.az-a açıqlama verən Rusiyadakı Türk diasporasının sədri Yusif Şən bildirib ki, bu gün Rusiyada rusiya hüquq-mühafizə orqanları özlərini qeyri-adekvat, özbaşına və kobudcasına aparıblar.

\”Qeyd edim ki, Xalq Birliyi Günü bütün xalqlar öz milli bayrağları ilə gəzə bilər, amma türklərə və azərbaycanlılara bu qadağan olundu. Bu azmış kimi, hətta bizə \”çıxın gedin evinizə\”deyərək təhqir etdilər.
Türkiyə və azərbaycan bayrağları ilə gəzdiyimizə görə, bizi saxlayıb sənədlərimizi tələb etdilər və bizə bəyan edildi ki, RF vətəndaşı olmayanlar Xalq Birliyi Günü bayrağla gəzə bilməz, milli bayrağlarmızı əlimizdən almaq istədilər. Bu yanlış hərəkət xalqlar və millətlər arası dostluğa qarşı edildi. Hüquq-mühafizə orqanlarının sözlərinə görə, bu əmr RF İctimai Palatasından verilib, lakin bu əmrin sürəti bizə göstərilmədi.

Rus polisindən Azərbaycan və Türkiyə bayrağlarına qarşı hörmətsizlik - FOTO

Biz RF ictimai palatasının fəaliyyətini sərt və qətiyyətlə pisləyərək, bu barədə ölkə rəhbərliyinə məktub göndərmək niyyətindəyik. Rusiya, Azərbaycan və Türkiyənin dövlət rəsmiləri, içtimaət nümayəndələri, xüsusi xidmət orqanlarına və informasiya agentliklərinə müraciət edərək günahkarların cəzalandırılmasını tələb edəcəyik.\”

Rus polisindən Azərbaycan və Türkiyə bayrağlarına qarşı hörmətsizlik - FOTO

İnterpress.az