Səudiyyə Ərəbistanına ağır itkibackend

Səudiyyə Ərəbistanına ağır itki

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Şahzadəsi və Asir bölgəsinin əmir müavini Mənsur İbn Mukrin onunla bərabər vertolyotda olan yeddi nəfər yüksək vəzifəli şəxslə birlikdə vertolyot qəzası nəticəsində həyatlarını itiriblər.
Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyindən edilən açıqlamada, vertolyotun Ebha şəhəri yaxınlığında rəsmilərin qatıldığı tədqiqat uçuşu zamanı qəzaya uğradığı bildirilib. Vertolyotun qəzaya düşmə səbəbi haqqında isə məlumat verilməyib. Hadisənin Yəmən sərhədi yaxınlığında baş verməsi hücum ehtimalını ağıllara gətirib. Ancaq Yəməndə Səudiyyə Ərəbistanına qarşı döyüşən Hutu milis təşkilatı vertolyot qəzasına dair hər hansı bir açıqlama verməyib.

İnterpress.az