Azərbaycan əlehinə fəaliyyət göstərən şəxslərə 100 avro veriləcəkbackend

Azərbaycan əlehinə fəaliyyət göstərən şəxslərə 100 avro veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın əldə etdiyi məlumata görə, ayrılacaq vəsaitlər Gürcüstanda qaçmış azərbaycanlı \”fəallar\” və \”jurnalistlərin\” maddi durumunun yaxşılaşdırılması və Azərbaycan əlehinə fəaliyyətlərini davam etdirmələri üçün şərait yaradılması məqsədi daşıyır.

Qrant alan jurnalistlər Gürcüstanın müxtəlif bölgələri, o cümlədən azərbaycanlıların kompakt yaşadığı ərazilər barədə materiallar hazırlayacaqlar. Sonra həmin materiallar gürcü dilinə tərcümə olunacaq və dərc ediləcək. Hər bir məqalə üçün 100 avro dəyərində ödəniş həyata keçirilməsi nəzərdə tutulur.

Bu layihələrin həyata keçirilməsində Gürcüstan İctimai Münasibətlər İnstitutunun yaxından iştirak etdiyi və icraçı qismində əsasən Azərbaycandan olan tələbələrin cəlb edildiyi bildirilir. Onların Meydan TV-nin əməkdaşları və REAL hərəkatının fəalları olduğu deyilir.

Qeyd edək ki, vaxtilə hazırda həbsdə olan Əfqan Muxtarlı və onun həyat yoldaşı Leyla Mustafayeva “İnsan Haqları Evi” ilə əməkdaşlıq edərək bu tipli layihələr həyata keçiriblər. Sonradan isə Ə.Muxtarlının əslində nə işlə məşğul olduğu və hansı funksiyanı yerinə yetirdiyi bəlli oldu. Ehtimal etmək olar ki, hazırda Gürcüstan İnsan Haqları Evi bu layihə vasitəsilə həm də yeri vakant qalmış Əfqan Muxtarlının əvəzinə adam axtarır.

Qeyd edək ki, 2010-cu ildə yaranmış Gürcüstan “İnsan Haqları Evi” Beynəlxalq İnsan Haqları Evi şəbəkəsinə daxildir. Bu qurum ABŞ-ın Milli Demokratiya İnstitutu, Avrasiya Tərəfdaşlıq Fondu, Norveç, Niderland, Çexiya və digər ölkələrin xarici işlər nazirliklərindən maliyyə yardımları alır.

İnterpress.az