“Gələcəkdə Ermənistan işğalçılıq siyasətindən əl çəkərsə…” – Əli Həsənovbackend

“Gələcəkdə Ermənistan işğalçılıq siyasətindən əl çəkərsə…” – Əli Həsənov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov \”Gündəm” proqramında ötən həftə açılışı həyata keçirilən Bakı-Tbilisi-Qars dəmiryolunun əhəmiyyətindən danışıb. Əli Həsənov bildirib ki, prezident İlham Əliyev milli iradə nümayiş etdirərək bütün bu layihələrin reallaşmasına öz hərtərəfli dəstəyini verib: “Prezident İlham, Əliyev, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani xüsusilə bu mövzuda danışıqlar apardılar. Bunun ətrafında ciddi iş birliyi yaradıladı və son zamanlar Azərbaycanın bölgədə reallaşdırdığı həm enerji layihələri, həm nəqliyyat və komunikasiya layihələri təkcə Azərbacanın maraqlarını deyil, bölgə ölkələrinin də maraqlarını ifadə edir. Bu platforma üzərində Azərbaycanın təşəbbüsü ilə Azərbaycan-Rusiya-İran üçtərəfli əlaqələri və tərəfdaşlıq kursu realllaşmaqdadır və artıq öz nəticələrini verməkdədir. Tehranda keçirilən 3 ölkə başçısının sammiti və onların ortaya qoyduğu iradə, nümayəndə heyərlərinin müzakirəsi onu göstərdi ki, Azərbaycan təkcə ayrı-ayrılqda İranla və Rusiya ilə tərəfdaşlıq münasibətlərini yaratmayıb, eyni zamanda Azərbaycan bu dövlətlər arsında tərəfdaşlıq mühitinin yaranmasında da öz töhfəsini verib.

Azərbaycan bütün bu layihələri, nəqliyyat dəhlizlərini, Bakı-Tbilisi-Qars dəmir yolunu tək özü üçün yaratmır ki? Şərqlə Qərb arasında əlaqələrin çatışmayan məsələsi dəmir yolu əlaqəsi idi. Ümumiyyətlə, birbaşa əlaqə Çindən başlayaq Londona qədər uzanan ticarət yolunda çatışmayan Cənubi Qafqazdakı bu bağlılıq idi.

Təəssüflər olsun ki, beynəlxalq aləmdə ayrı-ayrı dairələrin, xüsusən də bu layihədən kənarda qalmış Ermənistan dövləti və onun himayədarlarının neçə müddətdir ki, beynəlxalq aləmdə təlqin etməyə çalışdıqları “Cənubi Qafqaz dəhlizinin perspektivi yoxdur”, “Bu Ermənistanı bilərəkdən izolyasiyaya alır” kimi tezislər keçərli deyil. Ermənistan öz-özünü bu dəhlizdən kənarda qoyub. Gələcəkdə Ermənistan işğalçılıq siyasətindən əl çəkərsə, Cənubi Qafqazda həyata keçirilən tərəfdaşlıq kursuna, mehriban qonşuluq siyasətinə, xalqların millətlərin birgə yaşayış formalarına tənzimlənməsinə öz töhfəsini vermək əzmini ortaya qoyarsa, əlbəttə, Ermənistan da gələcəkdə bu yolun imkanlarından istifadə edə bilər”.

İnterpress.az