Bakıda 27 yaşlı oğlanın meyiti tapılıb – YENİLƏNİBbackend

Bakıda 27 yaşlı oğlanın meyiti tapılıb – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı şəhərinin Suraxanı rayonunda meyiti tapılan 27 yaşlı oğlanın intihar etdiyi məlum olub.

Lent.az xəbər verir ki, Binə qəsəbəsində yaşayan 1990-cı il təvəllüdlü Həsənov Orxan İsmayıl oğlu otağın qapısını arxadan bağladıqdan sonra kəndirlə özünü asıb. Bu zaman evdə onun bacısı olub və qardaşının otaqdan çıxmadığını gördükdə onu çağırıb. Qapını aça bilməyən qız həyəcan içində xilasedicilərə zəng edib. Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları qapını açanda isə dəhşətli mənzərə ortaya çıxıb.

Orxan Həsənovun hansı səbəbdən həyatına son qoyduğu məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

***

İnterpress.az FHN-ə istinadən xəbər verir ki, dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb, 1990-cı il təvəllüdlü Həsənov Orxan İsmayıl oğlunun cəsədini aşkarlayaraq, aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

İnterpress.az