Artıq kişilər də hamilə qala biləcəkbackend

Artıq kişilər də hamilə qala biləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən məlumat verir ki, uşaqlıq orqanı nəqli vasitəsilə cinsiyyətini dəyişən kişilər bunun sayəsində körpəni bətnlərində daşıyabiləcəklər. ABŞ-ın Texas ştatında illik iclas keçirən Amerika Çoxalma Tibb dərnəyinin sədri Dr. Richard Paulson üzərində çalışdıqları üsulla yaxın gələcəkdə kişilərin də hamilə qalacağını iddia edib.

Qadınlara bir müddətdir uşaqlıq orqanı nəql edildiyini və bu əməliyyatın eyni şəkildə kişilərdə də reallaşdırıla biləcəyini qeyd edən Doktor Paulson \”Cinsiyyət dəyişikliyi üçün əməliyyat olunan kişilər uşaqlıq nəqlilə körpələrini bətnlərində daşıyabiləcəklər. Bu mümkünsüz deyil. Qadın və kişi orqanizmi fərqli olduğu üçün kişilər tərəfindən dünyaya gətiriləcək körpələr normal doğuşla deyil, qeysəriyyə üsulu ilə dünyaya gələcəkdir\” deyə bildirib.

İnterpress.az