Putinlə Ərdoğanın Dağlıq Qarabağ danışığı nəticə verəcəkmi? – ŞƏRHbackend

Putinlə Ərdoğanın Dağlıq Qarabağ danışığı nəticə verəcəkmi? – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlı siyasətçilər məsələyə birmənalı yanaşmırlar. Politoloq Fikrət Sadıqov “Ölkə.Az”a açıqlamasında bildirib ki, növbəti görüş fərqlidir və bunun Azərbaycan üçün mühüm əhəmiyyəti var. Onun fikrincə, əgər iki güc dövlətinin rəhbəri razılığa gələrsə, problemin həll olunmasında irəliləyiş olacaq.

“Ərdoğan haqlıdır, Dağlıq Qarabağ probleminin həlli bir çox məqamlara görə Rusiyadan asılıdır. Lakin bu heç də o demək deyil ki, bəzi aparıcı dövlətlər kənarda dayanacaqlar. Amma reallıq odur ki, Putindən çox şey asılıdır. Ərdoğanla Putinin görüşü zamanı bu məsələ çox ciddi şəkildə müzakirə olunacaq. İlkin məlumatlara görə, söhbət 5 rayonun boşaldılmasından gedir. Əvəzində bölgədə sülhməramlılar yerləşdirilməlidir. Dağlıq Qarabağa müvəqqəti status verilməsi və s. məsələlər müzakirə olunacaq. Düşünürəm ki, Rusiya ilə Türkiyə arasında müəyyən razılıq əldə olunsa, bu Azərbaycan üçün böyük nəaliyyət ola bilər. Ərdoğan bizim maraqlarımızı müdafiə edərək, Putinlə danışıqlar aparır. Bu danışıqlardan çox şey gözləyirəm”, – deyə Fikrət Sadıqov bildirib.
Millət vəkili, politoloq Araz Əlizadə isə deyilənlərlə razı deyil. Deputat “Ölkə.Az”a açıqlamasında bildirib ki, bu görüş də digərləri kimi nəticəsiz qalacaq.

“Dağlıq Qarabağ münaqişəsinin həlli Putindən asılıdır. Qarabağ probleminin iki açarı var, biri Rusiyanın, digəri Azərbaycanın əlindədir. Putin heç vaxt Qarabağı Ərdoğana verməyəcək. Düşünürəm ki, onların danışığının heç bir nəticəsi olmayacaq. Biz heç kimdən sədəqə istəmirik. Dağlıq Qarabağı özümüz qaytarmalıyıq və torpaqlarımız qaytaracağıq”, – deyə Araz Əlizadə bildirib.

İnterpress.az