Paytaxtda ağır yol qəzası — 2 ölü, 5 yaralıbackend

Paytaxtda ağır yol qəzası — 2 ölü, 5 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə paytaxtın Pirallahı rayonu ərazisində qeydə alınıb. Rafael Əkbərovun idarə etdiyi “Mercedes” markalı avtomobil Rövşən Bəydəmirovun idarə etdiyi “VAZ-2107” markalı maşınla toqquşub.

Qəza nəticəsində “VAZ-2107”də olan sərnişinlərdən Babaxan Fətullayev və onun 5 yaşlı oğlu Elcan aldıqları xəsarətdən hadisə yerindəcə keçiniblər.

Hər iki nəqliyyat vasitəsinin sürücüsü və sərnişinlərindən ümumilikdə 5 nəfər xəsarətlə xəstəxanaya müraciət edib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. ( apa )

İnterpress.az