Qatil ata bıçaqladığı oğlunu daha əvvəl də öldürməyə cəhd edib!backend

Qatil ata bıçaqladığı oğlunu daha əvvəl də öldürməyə cəhd edib!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul sakini olan Nezir adlı şəxs 10 yaşlı oğlunu həftə sonu nənəsigildən götürüb, bazar günü axşam isə anası Nərimana zəng edərək “Oğlunu öldürdüm, gəl apar” deyərək telefonu söndürüb. Polis evdə bıçaqlanaraq öldürülən uşağın cansız bədənini tapıb.
Cinayətkar ata isə “arvadım mənə xəyanət etdi” yalanlarıyla özünü belə müdafiə edib: “Oğlum mənə anasını biriylə çılpaq gördüyünü söylədi”.
Daha əvvəl isə Nezir evdə təbii qazı açaraq oğlunu öldürmək istəyib və uşağın ağlayarkən çəkdiyi şəklini anasına göndərib, lakin polisin köməyi ilə uşağın xilas edildiyi məlum olub.

İnterpress.az