Sekuta Qubada sinaqoqa getdi – VİDEObackend

Sekuta Qubada sinaqoqa getdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Apa-ya istinadən xəbər verir ki, səfir öncə Gümbəzli hamamının bərpa prosesinin gedişatı ilə tanış olub.

Səfir deyib ki, Gümbəzli hamamı unikal tarixi abidədir və hazırda Səfirlərin Mədəni İrsin Qorunması Fondu vasitəsilə ABŞ səfirliyi və yerli tərəfdaşlar tərəfindən bərpa edilir.

Gümbəzli hamamının unikallığı onun qismən yeraltı arxitekturasındadır və bişmiş qırmızı kərpicdən istifadənin ilkin nümunələrindən olmasındadır. Layihə 2014-cü ildə icra olunur və bərpa işlərinin ikinci mərhələsindədir. Layihənin 2018-ci ilin martında tamamlanması gözlənilir.

R. Sekuta bu layihənin Mədəniyyət və Turizm Nazirliyi, Quba rayon icra hakimiyyəti ilə birgə həyata keçirdiklərini deyib. Onun sözlərinə görə, Azərbaycan ənənələr, incəsənət, memarlıq baxımdan çox zəngin tarixə malik ölkədir. “Eyni zamanda Quba dedikdə, müsəlmanlarla yəhudilərin uzun müddət mehriban yaşadıqları bir yer yada düşür. Biz şadıq ki, 18-ci əsrə aid olan hamamın bərpasında birgə çalışırıq. Hesab edirəm ki, Quba sakinlərinin də ürəyincə olacaq. Bu həm də Azərbaycanın zəngin tarixinin və mədəniyyətinin qorunub tanıdılması baxımdan gözəl imkandır”.

Qubaya səfəri çərçivəsində səfir Alpan, Uzunmeşə, Kürkün və Susay kəndlərinin sakinlərinin çalışacağı xalça toxuculuq müəssisəsinin açılışı münasibəti ilə keçirilən mərasimə də qatılıb. R. Sekuta ilə yanaşı tədbirdə USAID, İqtisadiyyat Nazirliyi, Quba İcra Hakimiyyəti və yerli bələdiyyə qurumunun nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, USAID və Azərbaycan hökumətinin maliyyələşdirdiyi bu layihənin icrasına Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) rəhbərlik edib. Layihə qədim xalça toxuculuğu sənətini qoruyacaq və canlandıracaq. Layihə çərçivəsində sözügedən kəndlərdə 30-dək qadına peşə təlimi keçiriləcək.

Səfir R. Sekuta həmçinin yerli yəhudi icması ilə görüşüb, Deşiva məktəbi və sinaqoqda olub.

İnterpress.azhttps://youtube.com/watch?v=yD35b6l1Jik