Razi Nurullayev: “Azadlıq” şüarı qışqırmaq gülüncdür”backend

Razi Nurullayev: “Azadlıq” şüarı qışqırmaq gülüncdür”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az həmin bəyanatı diqqətinizə çatdırır: \”Azərbaycanda \”Azadlıq\” qışqırılması gülüncdür. Kim və hansı azadlığı istəyirsiniz ki!? Məlumatı olmayanlar da bilsin ki, biz 1991-ci ildə azad olmuşuq. Azərbaycan Xalq Hərəkatının, Xalq Cəbhəsinin öncüllüyü ilə müstəqillik əldə edildi, Azərbaycan azad və suveren bir dövlət oldu. Azərbaycan xalqı Azadlıq əldə etdi. Bizim boynumuza boyunduruq keçirən yoxdur. Yenidən \”Azadlıq\” şüarı niyə səslənməlidir? Bu kimi yanaşma hər kəsdə ikrah hissi oyadır. Məgər azad deyilik? Milləti diksindirmək lazım deyil. Millət azaddir. Təbii ki, siyasi azadlıqlar tam olmasa da məhdudlaşdırılıb. Amma indi başqa şüarların zamanıdır, başqa tələblər səsləndirilməlidir.

Bu millətə lazım olan iş yeridir, gözəl təhsildir, rüşvətdən azad cəmiyyətdir, qocaları dolandıra biləcək qocalıq müavinətidir, pulsuz səhiyyədir. Bu millətə lazım olan doğru-dürüst seçkidir, müxalifətlə-hakimiyyət arasında uçurumun götürülməsidir, Azərbaycanda siyasətin sivilləşməsi, mədəniləşməsidir.

Azərbaycana lazım olan siyasətçilər də yenilənməlidir, həm hakimiyyət, həm də müxalifətin yenilənməyə ciddi ehtiyacı var. Yeni-yeni insanların vəzifəyə gətirilməsi, yeni-yeni insanlara müxalifət cərgəsində şərait yaradılmasıdır.

\”Azadlıq\” qışqırmaq lazım deyil. Azad və şəffaf seçki, hakimiyyətə yeni kadrlar, televiziyalara fərqli yanaşmaların buraxılması, inhisarçılığa son, biznesmen məmura \”yox\” qışqırmaq lazımdır. Sosial ədalət uğrunda mübarizə aparmaq, sosial durumun yaxşılaşdırılmasını tələb etmək lazımdır. Demokratiyanın möhkəmlənməsi, sosial ədalətin qorunması, iqtisadi islahatların sürətləndirilməsi uğrunda çalışmaq vacibdir.

Kant demişkən,azadlıq hərfən və mahiyyətcə ideyadır. \”Azadlıq\” qışqırıb insanları da çaşdırmayın. Millət 1988-1991-ci ildə \”Azadlıq\” qışqırıb və mahiyyətcə də istəyinə nail olub. Bizim indiki istəyimiz \”Azadlıq\” deyil. İstəyimiz qanunu yollarla xalqın istəyinin reallaşmasıdır, xalqın iradəsinin qələbəsidir\”. (musavat)

İnterpress.az