Puçdemon Avropaya müraciət etdibackend

Puçdemon Avropaya müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə olan Puçdemon Kataloniya radiosuna verdiyi açıqlamada deyib: “Avropa, hökumətin üzvlərini həbsdə və ya sürgündə tuta bilməz”.
Puçdemon bildirib ki, İspaniyanın eks Kataloniya hökumətinin 8 nazirinin Madrid həbsxanalarında tutulması insan hüquqlarını pozur. Onun sözlərinə görə, İspaniya hökumətinin Kataloniya siyasətçiləri haqqında verdiyi qərarların Avropadakı məhkəmələr tərəfindən ləğv ediləcəyini gözləyirlər: “Hər şey beynəlxalq məhkəmələrdə həllini tapacaq və İspaniya bir daha beynəlxalq məhkəmələrdə utanc hissi yaşayacaq”.

Puçdemon Bask bölgəsində keçmişdə yaşanan bəzi hadisələrdən ötrü Avropa İnsan Hüquqları Məhkəməsinin İspaniyaya verdiyi cəzaları xatırladıb.

Kataloniyada 21 dekabrda keçiriləcək seçkinin əhəmiyyətindən danışan Puçdemon açıqlamasında qeyd edib: “Həmin seçkidə müstəqillik tərəfdarı olan blok qələbə qazansa, İspaniya bu nəticəni qəbul etməlidir. Avropa İspaniyadan soruşmalıdır ki, “Seçkiləri müstəqillik tərəfdarı blok qazansa, buna hörmət edəcəksinizmi?”. Demokratiya əksəriyyətin arzusuna hörmət göstərməkdir. Bunun sərhədi ola bilməz. Əgər İspaniya dövləti 21 dekabr üçün məhdudiyyət qoyacaqsa, bunu indidən bildirməlidir”.

İnterpress.az