Tofiq Quliyevin 100 illiyi münasibətilə poçt markası hazırlandıbackend

Tofiq Quliyevin 100 illiyi münasibətilə poçt markası hazırlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, poçt markası Tofiq Quliyevin anadan olmasının 100 illiyi münasibətilə çap olunub.

40x28mm ölçüsündə olan markanın tirajı 200 000 ədəd təşkil edir.

Marka \”Belarusskiy dom peçati” mətbəəsində, Belarus Respublikasında yüksək keyfiyyətlə nəşr olunub.

Tofiq Quliyev 1917-ci il noyabr ayının 7-də, Bakı şəhərində, mühəndis-iqtisadçı Ələkbər Quliyevin ailəsində anadan olub.

O, Azərbaycan caz və estrada musiqisinin banilərindən biri, bir çox simfonik əsərlərin, kantataların, fortepiano əsərlərinin müəllifidir.

Tofiq Quliyev Azərbaycanın əməkdar İncəsənət xadimi, xalq artisti fəxri adına layiq görülüb. Eyni zamanda, ümummilli lider Heydər Əliyev tərəfindən «İstiqlal ordeni» ilə təltif olunub.

2000-ci il oktyabr ayının 4-də dünyasını dəyişən Tofiq Quliyevin 100 illik yubileyinin keçirilməsi məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Bakı şəhərinin küçələrindən biri və 12 saylı musiqi məktəbi bəstəkarın adını daşıyır. (axşam.az)

İnterpress.az