Buradakı kişilər evlənmək üçün buğalarla güləşirlərbackend

Buradakı kişilər evlənmək üçün buğalarla güləşirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Afrika qitəsində bir ada ölkəsi olan Madaqaskarın dağlıq ərazilərində evlənməyə qadın tapmaq olduqca çətindir. Partnyor tapmaq və ya istədikləri bir qadını əldə edə bilmək istəyən subay kişilər buğalarla güləşirlər.
Bacarıqlarını və cəsarətlərini nümayiş etdirmək istəyən madaqaskarlı kişilər kifayət qədər böyük riski öz üzərilərinə götürürlər. Qadınları cəlb etmək və özlünəinamı sübut etmək üçün onlar buğanı nə qədər uzun bir müddət tuta bilirsə, o qədər də müvəffəqiyyətli və bacarıqlı hesab olunur. Ərazidə olduqca dəyərli qəbul edilən bu nümayiş, buğanın yorulması və yaxud kişinin əl çəkməsiylə başa çatır.
Son illərdə isə buğa güləşləri zamanı təxminən 50 insanın həyatını itirdiyi deyilir. Yarış sadəcə ailə qurmağa yox, həmçinin də güləş üçün gedilən kəndin uzaqlığı səbəbiylə insanların bir-biriylə tanış olub sosiallaşmasına da xidmət etdiyi deyilir.

Buradakı kişilər evlənmək üçün buğalarla güləşirlər

İnterpress.az