Sultan Meşədiyev: “Ermənini reklam etməyi, məndən restoran müdiri istədi, lakin mən imtina etdim” – AÇIQLAMAbackend

Sultan Meşədiyev: “Ermənini reklam etməyi, məndən restoran müdiri istədi, lakin mən imtina etdim” – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni müğənni Avet Markaryanın 25 noyabrda Moskvada yerləşən Azərbaycanlılara məxsus \”Dvoreç Sultan\” restoranında baş tutacaq konsertini reklam edən azərbaycanlı müğənnilərdən biri, Sultan Meşədiyev İnterpress.az-a ekskluziv açıqlama verib. O, haqqında yazılanlara bu cür münasibət bildirib:
“Mən 10 ildir Moskvada yaşayıram, burada Azərbaycanı təmsil edirəm, bu 10 il ərzində heç bir ermeni konsertində və ya məclisində iştirak etməmişəm, neinki onları reklam etmək. Həmin gün restoran müdiriyyəti məndən erməni konsertini anons etməyimi istədi, mən, təbii ki, etiraz etdim. Mahnımı ifa etdikdən sonra, həmin konsertin anons edildiyini eşitdiyim an səhnədən uzaqlaşdım. Bu cür hərəkətlər eden restoran müdirlərinə etirazınızı bildirin, müğənnilər yalnız onlara verilən tapşırığı yerinə yetirir. Menim atam Qarabağ veteranıdır, 4 il ermənilərlə vuruşub. Xahiş edirəm, adımı bu tip xəbərlərdə hallandırmayın”.

İnterpress.az