Vyanada Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə olunacaqbackend

Vyanada Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təşkilatın fəaliyyətdə olan sədrinin mətbuat xidmətindən \”Report\”a verilən məlumata görə, nazirlərin görüşü Avstriya paytaxtında dekabrın 7-8-də keçiriləcək. Qarşıdakı nazirlər toplantısı yalnız bir mövzu ətrafında olmayacaq.

\”Avstriyanın ATƏT-də indiki sədrliyinin əsas prioritetləri keçiriləcək görüşdə müzakirə olunacaq ATƏT məkanında münaqişə zonalarında gərginliyin azaldılmasından əlavə, ekstremizm və radikalizmlə mübarizə, eləcə də təşkilatda çərçivəsində etimadın bərpası üzrə səylərdir. Dağlıq Qarabağ münaqişəsi məsələsi nazirlərin iclasında ayrıca mövzu olmasa da, nümayəndə heyətlərinin öz ənənəvi bəyanatlarında bu məsələyə müraciət etmək imkanları olacaq\”, – sədrin ofisindən bildiriblər.

Mətbuat xidmətinin məlumatına görə, nazirlərin ötən illər ərzindəki görüşündə, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak ediblər.

Vynadakı iclasa Avstriyanın xarici işlər naziri Sebastyan Kurts sədrlik edəcək. İkinci və üçüncü iş sessiyalarına isə əvvəlki və gələcək sədrlər rəhbərlik edəcək.

Xatırladaq ki, gələn il təşkilata sədrlik Avstriyadan İtaliyaya keçəcək.

İnterpress.az