Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


“Mediada kriminal hadisələrin işıqlandırılması” - Konfrans

Bu gün saat 12:00-da Beynəlxalq Mətbuat Mərkəzində “Mediada kriminal hadisələrin işıqlandırılması: ictimai maraqlar və peşəkarlıq” mövzusunda konfrans keçirilib.

Dərc edilib: 8 noyabr 2017 [15:04]
Baxış sayı: 537

İnterpress.az xəbər verir ki, konfransda Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev, Əflatun Amaşov, deputatlar Aqil Abbas, Bəxtiyar Sadıxov və media rəhbərləri iştirak edib. Konfransa çıxış nitqi ilə başlayan Əflatun Amaşov medianın bugünkü gündə əhəmiyyətli və vacib rolundan danışıb.

Mediada kriminal hadisələrin işiqlandırılmasından da danışan Ə. Amaşov qeyd edib ki, cəmiyyətdə kriminal avtoritetlər qəhrəman kimi qəbul olunur.

“İstər ümumi, istərsə də digər məsələlər qanuni yolla aşılanır. Həmçinin, dünyanın müxtəlif ölkələrində adekvat hadisələr baş verir. Təcrübədə hadisələrin hüquqi yolla nizamlanması, medianın hüquq-mühafizə orqanları ilə birgə əməkdaşlığı alqışalayiq hərəkətdir. Bununla yanaşı cəmiyyət tərəfindən şişirdilən bəzi məlumatlar da olur. Buna görə xüsusi tədbirlər görməli və bu cür halların qarşısı alınmalıdır”.

Daha sonra mövzu ətrafında müzakirəni davam etdirən Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev bildirib ki, mediada məlumat yayılarkən daha çox cəmiyyətin maraqları nəzərə alınmalıdır. Vüqar Əliyev son günlər medianın gündəmində olan hadisələrə də toxunub:

“Məlumdur ki, son iki həftə Azərbaycanda əlamətdar hadisələrlə yadda qaldi. Bakı-Tiflis-Qars dəmiryolu xətti qlobal əhəmiyyətə malik olan bir hadisə kimi tarixə düşdü. Ümumiyyətlə, Prezident son dövrlər ərzində region rəhbərləri ilə bir sıra görüşlər keçirtdi. Əminik ki, bu görüşlər Azərbaycanın istənilən sahəsində öz təsirini göstərəcək.

Bununla yanaşı mediada kriminal hadisələr də işıqlandırıldı ki, bu, heç də yaxşı hal olmadı. Bu cür hadisələrdə cinayətkarların həyat təcrübəsini populyarlaşdırmaq gənclərə hansı töhfələri verəcək? Düşünürəm ki, bu cür məsələləri ictimailəşdirmək əvəzinə xalqı maarifləndirən, xoş əhval-ruhiyyə aşılayan xəbərlər yaymaq daha yaxşıdır. Çünki media hər hansısa bir mövzu ətrafında işləyərkən cəmiyyətin maraqlarını da nəzərə almalıdır. Biz cəmiyyəti ümumi məsələlərdən yayındırdıqda onlara düzgün mövqe tutmalarında yanlış yol göstəririk. Əminəm ki, bu gün qeyd olunan məsələlərdəki lazımi informasiyalar dəqiq şəkildə çatdırılacaq.

İnterpress.az












Oxşar xəbərlər

Dərmanların qiyməti dolların məzənnəsinə uyğun dəyişəcək


Cəmi səslər: 460