Məktəbdə 2-ci sinif şagirdinin boğazını kəsdilər – VİDEObackend

Məktəbdə 2-ci sinif şagirdinin boğazını kəsdilər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə “indianexpress.com” saytı məlumat yayıb. Verilən məlumata görə, Quarqaon ştatında orta məktəblərin birində 7 yaşlı şagird qətlə yetirilib. Hadisə “Ryan İnternational” məktəbində qeydə alınıb. Hindistanda ən yaxşı özəl məktəb olduğu deyilən kollecdə şagird qətlə yetirilib.

Bildirilir ki, bu ilin sentyabr ayının 8-də Pradyamun Takur adlı şagird tualetdə boğazı kəsilmiş halda tapılıb. Araşdırmalar zamnı onun həmin kollecin 11-ci sinif şagirdi tərəfindən öldürüldüyü məlum olub. Məlum olub ki, ikinci sinif şagirdi imtahanların və valideynlər iclasının təxirə salınması üçün öldürülüb.

Qətldə şübhəli bilinən oğlan saxlanılıb. Lakin onun atası buna etiraz edib. O, oğlunun adam öldürmədiyini deyib. Baş verən qətl hadisəsi Hindistanda kütləvi etirazlara səbəb olub. Qətlə yetirilən uşağın anası oğlunun qatilinin ağır şəkildə cəzalandırılmasını tələb edib. (olke.az )

İnterpress.az