Avstraliya: Kakadu tutuquşları internet kabellərini gəmirirbackend

Avstraliya: Kakadu tutuquşları internet kabellərini gəmirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliyanın Milli Genişzolağlı internet Şəbəkəsi (NBN) şirkəti quşların gəmirdiyi kabellərin təmirinə on minlərlə dollar xərclədiyini bildirirb.
Avstraliyada internet zəif sürətə görə onsuzda tənqid olunurdu.
Son hesabatlara görə, internet sürəti baxımından Avstraliya dünyada 50-ci yeri tutur.
NBN-nin təxminlərinə görə, kabellərdə hələlik aşkar edilməmiş gəmirilmə hissələri tapıldıqca təmir xərci rəqəmi kəskin arta bilər.
Avstraliyada hazırda internetin sürəti 11.1 meqabit/saniyə təşkil edir ki, bu da bir çox inkişaf etmiş ölkələrin müvafiq göstəricilərindən xeyli aşağı olan rəqəmdir.
Ölkədə 2021-ci ildə başa çatdırılması nəzərdə tutulan internet xətlərinin modernləşdirilməsi proqramı həyata keçirilməkdədir.
Lakin mühəndislər kabellərin kakadu tutuquşları tərəfindən gəmirildiyini qeyd edir, halbuki, bu quşların adi qidası adətən, meyvə, qoz-fındıq, ağac qabığı və ağacdan ibarət olur.
NBN hər dəfə kabelləri dəyişdirmək üçün on minlərlə dollar xərcləməli olur, belə ki, indiyədək bu işlərə təxminən 61500 ABŞ dolları məbləğində vəsait xərclənib.
Zooloq Gisela Kaplan-ın Reuters-ə bildirib ki, tutuquşların kabel gəmirməsi, görünür, bu quşlar üçün yeni bir vərdişdir.
Onun qənaətinə görə, quşları kabelin rəngi və yerləşməsi özünə cəlb edə bilərdi.

\”Onlar həmişə dimdiklərini itiləyir və qabaqlarına nə keçdi – didib-dimdikləyir\”.
\”Quşlar dəstə şəklində gələndə isə onların qarşısını almaq mümkünsüzdür\”, – layihənin mencerlərindən biri Chedryian Bresland şirkətin vebsaytında cümə günü bildirirb.
Şirkət açıqlayıb ki, hazırda kabellər bir dəstinin qiyməti təxminən 10 ABŞ dolları olan qoruyucu təbəqə ilə örtülür. Bu tədbir kabelləri quşlardan qoruyacaq və 3 milyard dollar dəyərində olan şəbəkəni gələcəkdə bu növ ziyandan qurtaracaq. (bbc)

İnterpress.az