ABŞ-dan Kubaya qarşı yeni sanksiyalarbackend

ABŞ-dan Kubaya qarşı yeni sanksiyalar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ rəhbərliyi, Kubaya qarşı iqtisadi sanksiyalarını genişləndirib. ABŞ Maliyyə Nazirliyindən edilən açıqlamaya görə, Kubaya qarşı sanksiyaların hökumət rəsmilərinə fayda təmin edən ticarət və turizm fəaliyyətini əhatə edəcək şəkildə genişləndirildiyi bildirilib.
9 Noyabrdan etibarən qüvvəyə minəcək sanksiya qərarına əsasən, amerikalılar Kubaya səyahət zamanı qara siyahıya salınan tur şirkətlərindən, otellərdən və digər ticarət müəssisələrindən istifadə edə bilməyəcəklər. Amerikalıların hər cür ticari əlaqənin qadağan olunduğu kubalı hüquqi və fiziki şəxslərin siyahısını genişləndirilməsi ABŞ Prezidenti Trumpın iyun ayında açıqladığı yeni Kuba siyasəti çərçivəsində qərara alındığı bildirilir. Trump, sələfi Barak Obamanın münasibətləri normallaşdırma cəhdlərinin yalnız Kuba hökumətinin mənfəətinə olduğunu müdafiə edərək normallaşma prosesini ləğv edəcəyini bildirib.

İnterpress.az -ın Amerika
təmsilçisi Ramal Hüseynov