ATƏT PA-nın sədri istefa verdibackend

ATƏT PA-nın sədri istefa verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Buna səbəb onun ötən ay Avstriyada keçirilən parlament seçkiləri zamanı deputat matdatına yiyələnməməsi olub.

K.Muttonenin vəzifəsini gələn ilin yayınadək müavini, gürcü deputat Georgiy Tsereteli icra edəcək.

G. Tsereteli qurumun baş katibi Roberto Montella və assambleyanın aparat əməkdaşları ilə keçirdiyi görüş zamanı ATƏT dəyərlərini, münaqişələrin nizamlanmasında qurumun rolunun qorunması və Avropada təhlükəsizlik problemlərinə kompleks yanaşmanın əsas prioritetlərindən olacağını vurğulayıb.

Qeyd edək ki, G. Tsereteli 1995-1998-ci illərdə Tbilisinin vitse-meri, 1999-cu ildə Gürcüstan parlamentinə seçilib, habelə ölkənin vitse-baş naziri və nazir vəzifələrini icra edib.

O, 2012-ci ildən AŞPA PA sədrinin müavini olub.

İnterpress.az