Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


“Beynəlxalq təşkilatlarda təcrübə imkanları” haqqında təlim keçirildi

“Gənclər Turizmi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ilə dəstəyi ilə “Beynəlxalq təşkilatlarda çalışan azərbaycanlı gənclərin milli maraqlarımızın müdafiə olunmasında rolunun artırılması” adlı layihə həyata keçirmişdir.

Dərc edilib: 10 noyabr 2017 [12:39]
Baxış sayı: 85

Layihənin əsas məqsədi Azərbaycan gənclərinin beynəlxalq təşkilatlarda təcrübə keçmək imkanlarının artırılmasına dəstək olmaqdır.

Layihə çərçivəsində oktyabr ayı ərzində Bakı şəhərində yerləşən 5 ali təhsil müəssiəsində təhsil alan tələbələr üçün professional təlimçilər Namaz Kərimov və Nailə İsmayılova tərəfindən beynəlxalq təşkilatlarda təcrübə imkanları haqqında təlim proqramı keçirilmişdir. Təlim proqramlarında gənclərə beynəlxalq təşkilatlarda təcrübə proqramlarının mahiyyəti, iş prinsipi və fəaliyyət istiqamətləri, o cümlədən təcrübə proqramlarına müraciət etmək qaydaları haqqında məlumat verilmişdir. Bununla bərabər təlim proqramının iştirakçılarına beynəlxalq təşkilatlarda təcrübə keçmək bacarıqları və beynəlxalq mübadilə proqramlarına qoşulmağın mexanizmləri öyrədilmişdir. Layihə çərçivəsində keçirilmiş təlim proqramları Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Xarici Dillər Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetlərində baş tutmuşdur.

Layihənin davamlılığı olaraq, digər ali təhsil müəssisələrində də bucur təlim proqramları keçirilməsi nəzərdə tutulur. O cümlədən layihənin 1-ci mərhələsində iştirak etmiş tələbələrin yay təcrübə proqramlarında iştirakını təmin etmək məqsədilə Gənclər Turizm İctimai Birliyi artıq bir neçə beynəlxalq təşkilatların yerli nümayəndəlikləri ilə əməkdaşlıq etməyə başlamışdır.

İnterpress.az












Oxşar xəbərlər

Dərmanların qiyməti dolların məzənnəsinə uyğun dəyişəcək


Cəmi səslər: 460