Tramp APEC-in sammitinin açılışında iştirak etməyəcəkbackend

Tramp APEC-in sammitinin açılışında iştirak etməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, təşkilatın İşgüzar Məsləhət Şurasında bir qayda olaraq sammit iştirakçıları görüşürlər.
Rusiya Prezidenti Vladimir Putinin həmin iclasda Donald Trampla görüşmək imkanı var idi. Ancaq ABŞ prezidenti şuranın iclasında iştirak etməyəcək. ABŞ-ı Ticarət Nazirliyinin nümayəndəsi Robert Laythazer təmsil edəcək. İşgüzar Məsləhət Şurasının iclası APEC-in ilk tədbiridir. ABŞ prezidenti üçün nəzərdə tutulan kresloda Robert Laythazer oturacaq.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putinin Vyetnamda APEC sammitində görüşəcəyi bildirilirdi. Ancaq noyabrın 10-da Ağ ev prezidentlərin görüşməyəcəyi haqqında açıqlama yaydı. Kremlin sözçüsü Dmitri Peskov isə KİV-ə bu görüşlə bağlı yekun məlumat verə bilməyib. O, prezidentlərin görüşünə hazırlığın getdiyini söyləyirdi.
Qeyd edək ki, APEC sammiti noyabrın 10-11-də Vyetnamın Dananq şəhərində keçirilir. (report)

İnterpress.az