İtkin düşən gənc tapıldı – YENİLƏNİBbackend

İtkin düşən gənc tapıldı – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonunda itkin düşən 21 yaşlı Rahib Hüseynov tapılıb.

Bu barədə AzNews.az-a onun qardaşı məlumat verib.

Qardaşının sözlərinə görə, Rahib Hüseynov bu dəqiqələrdə Xətai rayonu ərazisindən tapılıb:

\”Atam deyir ki, vəziyyəti yaxşıdır. Hazırda atamla birlikdə evə gəlirlər\”.

Qeyd edək ki, Rahib Hüseynov noyabrın 7-də evdən çıxıb və bu günə kimi geri qayıtmayıb.

***

Hadisə Xırdalan şəhər sakini Rahib Hüseynov noyabrın 7-də evdən çıxıb və bu günə kimi geri qayıtmayıb. Rahib Hüseynovun qardaşının sözlərinə görə, o, evdən çıxanda telefon təmir etdirəcəyini deyib:

“Rahibin əqlində çatışmazlıq vardı. Amma heç kimə dəyib-dolaşan deyildi. Hazırda onu şəhərdəki xəstəxanalarda axtarmağa çıxmışıq. Düşünürük ki, başına bir iş gələr, naməlum xəstə kimi qeydiyyata alarlar”.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Rahib Hüseynovu görən şəxslərdən (051) 396-64-38 və (055) 546-82-94 nömrələrinə zəng vurmaları xahiş olunur.

İnterpress.az