Bakıda yaşayış binasında yanğın söndürülüb – YENİLƏNİB – 2backend

Bakıda yaşayış binasında yanğın söndürülüb – YENİLƏNİB – 2

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda yaşayış binasında yanğın söndürülüb.

İnterpress.az Apa-ya istinadən xəbər verir ki, Binəqədi rayonu, Fərman Məlikov küçəsində yerləşən 16 mərtəbəli binada baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb

Faktla bağlı araşdırmalara başlanılıb.

***

Bakıda çoxmərtəbəli binada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən verilən məlumata görə, yanğın paytaxtın Binəqədi rayonu, 7-ci mikrorayon, Fərman Məlikov küçəsindəki 17 mərtəbəli binanın 13-cü mərtəbəsindən başlayıb.

Hadisə yerinə FHN-in canlı qüvvə və texnikaları cəlb olunub.

15 nəfər bina sakini təxliyə edilib.

Artıq alovun yayılmasının qarşısı alınıb. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, binanın yuxarı mərtəbəsində bir neçə nəfər qalıb. Tüstüdən zəhərlənmə təhlükəsi ilə üzləşən həmin bina sakinləri hələ xilas edilməyib.

***

İnterpress.az Apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Fərman Məlikov küçəsində qeydə alınıb.

Yanğın binanın elektrik şitində baş verib.Yaşayış binasının bir hissəsinin sakinləri təxliyə olunub.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Hadisə nəticəsində tüstüdən zəhərlənən 10-dan çox sakinə hadisə yerində sakinə təcili tibbi yardım göstərilib. Bir azyaşlı Bakı şəhər 1 saylı Xəstəxananın Toksikoloji şöbəsinə yerləşdirilib.

İnterpress.az