“Dağlıq Qarabağ ətrafındakı rayonların hamısı geri verilməlidir” – Şahin CƏFƏRLİbackend

“Dağlıq Qarabağ ətrafındakı rayonların hamısı geri verilməlidir” – Şahin CƏFƏRLİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə politoloq Şahin Cəfərli bildirib.

Ş. Cəfərli vurğulayıb ki, bu münaqişə Dağlıq Qarabağ münaqişəsidir: “Dağlıq Qarabağ ətrafındakı rayonların hamısı geri verilməlidir. Hazırda sülh danışıqlarının təməlini təşkil edən Madrid prinsipləri və həmsədr ölkə prezidentlərinin birgə bəyanatlarında da (baxmayaraq ki, orada bizim əleyhimizə təhlükəli müddəalar var) Dağlıq Qarabağ ətrafındakı bütün rayonların Azərbaycana qaytarılmasından söhbət gedir. “5 rayon” məsələsini Ermənistan və Rusiya ortaya atıb. Biz isə anlamadan və mahiyyətinə varmadan bu tələyə düşmüşük”.

İnterpress.az