Masazırda baş vermiş yanğında bir nəfər həlak olubbackend

Masazırda baş vermiş yanğında bir nəfər həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə Abşeron rayonu, Masazır qəsəbəsində ümumi sahəsi 65 kvadrat metr olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və dam örtüyü yanıb.

Yanğının kəşfiyyatı zamanı 37 yaşlı Əliyev Əlivəndər Rasim oğlunun yanmış meyiti aşkarlanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

İnterpress.az