Nəsimi rayonunda Şəhidlərin xatirə lövhələri dağıdılır – FOTObackend

Nəsimi rayonunda Şəhidlərin xatirə lövhələri dağıdılır – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayonunda sahibkar bina tikmək üçün icra hakimiyyətindən “razılıq” alandan sonra hər gecə bir neçə ağac “yoxa” çıxır. Belə ki, gecəylə ağaclar kökündən çıxarılır və yeri torpaqlanır. Bununla yanaşı diqqəti daha çox cəlb edən ağacların kökünə neft tökülür. Bir neçə gündən sonra isə ağac faktiki qurumağa başlayır və bundan sonra rəsmi şəkil də ağac məhv edilir.Bununla da tikinti aparmaq üçün imkanlar yaradılır.

Asif Əsgərovun başqa bir yeniliyi isə rayon ərazisində ki, parkların diqqəti cəlb etmədən işğalı ilə bağlıdır. Belə ki, rayondakı parkların qurtaracaqları tədricən ağaclardan təmizlənir və kənarlarında yeni obyektlər tikilir. Eyni zamanda diqqətdən kənar ərazilər də “İşğal” siyahısındadır. Az qala sahibsiz qalan rayonun başqa bir problemi isə yerli sakinlərin “Bombey” adlandırdıqları küçə ilə bağlıdır. Memar Əcəmi metrosundan Göz xəstəxanasına doğru gedən yolun üzərində ki, bu küçə təpədən-dırnağa qədər çayxanalarla zəngindir. Əslində isə hər çayxanada 16-40 yaş arasında onlarla əxlaqsız qıza rast gəlmək adi haldır. Hər gün saat 3-dən sonra çayxanaların qarşısına düzülən bu qızlar sözün hər iki mənasında müştəri axtarışına çıxırlar. Yerli sakinlər demək olar ki, özlərini təhqir olunmuş hesab etdiklərindən bu küçədən istifadə etmirlər. Bakının mərkəzində belə bir küçənin olması isə faciədən başqa bir şey deyil. Asif Əsgərov üçün isə bunun heç bir önəmi yoxdur.

Amma Nəsimi rayonu yalnız ağac kəsmə, tikintisi mümkün olmayan yerlərdə tikintilərin aparılması ilə ad qazanmayıb. Eyni zaman da Nəsimi rayonu mikrarayonları ilə də ad qazanıb. Daha doğrusu mikrarayonlardakı binaların zirzəmilərinin bataqlığa çevrilməsi, gəmricilərlə dolu olması ilə də ad qazanıb. Yüz dəfələrlə yerli sakinlər icra hakimiyyətinə müraciətlər etsələr də heç bir faydası olmayıb. Kanalizasiya xətlərinin sıradan çıxması nəticəsin də binaların zirzəmiləri kanalizasiya suları ilə dolur. Demək olar ki, mikrarayonda yaşayan vətəndaşların böyük əksəriyyəti buna görə allergiya, bronxial asma xəstəliklərinə tutlublar. Başqa cür desək bu binalar ölüm kameralarından heç nə ilə fərqlənmir. Halbu ki, cüzi xərclə binaların daxili kanalizasiya xətləri tam bərpa oluna bilər. Amma başı pul qazanmağa qarışan Asif Əsgərov üçün bunun heç bir əhəmiyyəti yoxdur. Çünki yaxın ətrafının dediyinə görə Asif Əsgərov bildirir ki, bu rayonda müvəqqətidir və yaxın vaxtlarda hansısa nazirliklərdən birinə nazir müavini vəzifəsinə gedəcək. Buna görə imkanı çatdığı qədər daha çox pul qazanmağa çalışır. Hətta iş o yerə çatıb ki, bizim üçün müqəddəs olanlara da Asif Əsgərov heç bir əhəmiyyət vermir.

Nəsimi rayonunda diqqətimizi cəlb edən başqa bir biabırçılıq isə Şamaxinkada yerləşən Şəhid camiəsi oldu. Şəkildən də gördüyünüz kimi Şəhid bulağı və camiəsi yiyəsiz durumdadır və camiənin üst qatı tamam dağılıb, ətrafında qazılan çalalar zibilxanaya çevrilib və bulağa su verilmir. Hər şeyi hansısa formada başa düşmək olar. Amma şəhidlərimiz Abbasov Rafiq və Balakişizadə Sənanın adını daşıyan camiyəyə Asif Əsgərovun bu qədər biganə yanaşmasını başa düşmək heç cür mümkün deyil. Yəqin ki, bu kompleksi təmir etmək üçün uzağı 400-500 manat pul lazımdır. Görəsən milyonlar qazanan Asif Əsgərovun 500 manat pulu yoxdurmu?. Oğlu həbsdə olan zaman hər gün həbsxanaya 2000 manatlıq pay-puş göndərən Asif Əsgərov görən 500 manat tapa bilmirmi şəhid adını uca tutsun? Ən azından haqqını alıb şəhid camiəsinin az qala bitişiyin də pivəxana açmalarından aldıqları puldan 500 manat abadlıq üçün ayırmaq mümkün deyilmi? Belə görünür ki, mümkün deyil. Pivəxana demişkən, az qala hər qarışı satddığa çıxarılan bu rayonda yer tapılmadımı ki, camiənin üzərində pivəxana açdılar?

Yəqin ki, heç bir şişirtmə olmadan reallıqları diqqətinizə çatdıra bildik. Başqa bir məqamı da yadınıza salaq ki, artıq bir ildir ki, rayona rəhbərlik edən icra başçısı bir dəfə də olsa rayon sakinləri ilə görüşməyib və rayonda baş verənləri görmək üçün bir küçəni belə ziyarət etməyib. Asif Rzayevi tanıyanlar bildirir ki, o, yuxarıların diqqətini cəlb etmək və rayondakı talançılığı gizlətmək üçün sadəcə olaraq əlamətdar günlər də geniş tədbirlər təşkil edir və televiziyalar vasitəsiylə bunu nümayiş etdirməklə əzabkeş imici qazana bilir. Reallıq isə budur ki, bir rayonun icra başçısı bir dəfə də olsa rayonla tanış olmaq üçün ayağını kabinetinin kəndarından bayıra qoymayıb. Amma demək olar ki, ayda bir dəfə rayondakı bütün təşkilatları kabinetinə dəvət edir və görülən “işlərlə” yerindəcə tanış olur. Rayonun idarəetməsinə gəldikdə isə bildirilir ki, bu işlərlə onun yaxın çevrəsi məşğul olur. Yəni harada tikinti aparmaq olar, harada boş ərazilər var, bütün bunları yaxın çevrəsi müəyyənləşdirilir və bundan sonra müştəri tapmaq o qədər də çətin olmur. Rayonun millət vəkillərinə gəldikdə isə onlarda demək olar ki, əhalinin problemi ilə maraqlanmır və bəzi hallarda düz də edirlər. Çünki rayonun rəhbərliyi bu işlə məşğul deyillərsə millət vəkilləri dünəndən belə məsuliyyətdən kənarda dayanırlar. Bir sözlə rayonda insanların qarşısına çıxacaq bir nəfər də olsa adam tapılmır.

Nəsimi rayonunda Şəhidlərin xatirə lövhələri dağıdılır - FOTO

Nəsimi rayonunda Şəhidlərin xatirə lövhələri dağıdılır - FOTO

Nəsimi rayonunda Şəhidlərin xatirə lövhələri dağıdılır - FOTO

Nəsimi rayonunda Şəhidlərin xatirə lövhələri dağıdılır - FOTO

Nəsimi rayonunda Şəhidlərin xatirə lövhələri dağıdılır - FOTO

Nəsimi rayonunda Şəhidlərin xatirə lövhələri dağıdılır - FOTO

İnterpress.az