Fırıldaqçılarla mübarizə üçün kompüter proqramı yaradılıbbackend

Fırıldaqçılarla mübarizə üçün kompüter proqramı yaradılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Azərtac-a istinadən xəbər verir ki, süni intellekt elementli sistemin danışığa başlaması üçün cinayətkarın elektron ünvanını “Netsafe” saytında göstərilən poçt ünvanına göndərmək lazımdır. Bundan sonra proqram davranış taktikalarından birini seçərək fırıldaqçıya suallı bildiriş göndərir. Sistemin proqramlaşdırılması danışığı müddətsiz davam etdirməyə imkan verir. Mütəxəssislərinin fikrincə, bu, fırıldaqçıların diqqətini həqiqi qurbanlardan yayındıracaq.

Ünsiyyət prosesində “Re:scam” həmsöhbət haqqında informasiya toplayaraq danışıq aparmağı öyrənir. İndiyədək bot 16 min məktub yazaraq cinayətkarlara 26 günə yaxın vaxt sərf edib.

Qeyd edək ki, istifadəçilərin məlumat və hesablarını ələ keçirmək üçün kütləvi bildirişlərin göndərilməsindən istifadə edən fırıldaqçılıq əməllərindən insanlara hər il ciddi ziyan dəyir. Bununla yanaşı, əksər qurbanların kompüter biliklərinin zəif olmasından sui-istifadə edən cinayətkarlar öz metodlarını təkmilləşdirməklə məşğuldur.

İnterpress.az