İranda zəlzələdə ölənlərin sayı 339 nəfərə çatdı –  VİDEO – YENİLƏNİRbackend

İranda zəlzələdə ölənlərin sayı 339 nəfərə çatdı – VİDEO – YENİLƏNİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 339 nəfərə çatıb.

Bu barədə PRESS TV məlumat yayıb.

***

Zəlzələ qurbanlarının sayı durmadan artır. Rus mətbuatı xəbər verir ki, ölü sayı artıq 200 nəfərdir.

***

İraqla sərhəddə baş verən zəlzələ nəticəsində İranda 141 nəfər həlak olub, mindən çox insan yaralanıb.

Bu barədə İnterpress.az IRNA xəbər agentliyinə istinadən xəbər verir.

Məlumata görə, zəlzələnin əsas zərbəsi İranın qərbində yerləşən Kermanşah və İlam vilayətlətinə düşüb.

İlam, Kermanşah və Qəsri Şirin şəhərlərində ən böyük dağıntılar qeydə alınıb.

DERBENDIXAN – SILÊMANIYE pic.twitter.com/IGNkHkteoe

— Hiwa Dilan (@HiwaDilan92) 12 ноября 2017 г.

***

İnterpress.az xəbər verir ki, APA-nın cənub bürosunun verdiyi məlumata görə, zəlzələ 22:23-də qeydə alınıb. Zəlzələ əsasən Lənkəran və Astara rayonları ərazisində təqribən 4 bal gündə hiss olunub.

Dağıntı və təlafat barədə məlumat yoxdur. Yeraltı təkanlar təxminən 45 saniyə davam edib.

Qeyd edək ki, bu axşam İran-İraq sərhədində 7,6 bal gücündə zəlzələ baş verib.

İnterpress.az