İlham Əliyev iranlı həmkarına başsağlığı veribbackend

İlham Əliyev iranlı həmkarına başsağlığı verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, məktubda deyilir: \”Hörmətli cənab Prezident!

Ölkənizin qərbində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.

Allah rəhmət eləsin!\”

Qeyd edək ki, zəlzələ nəticəsində 200-dən artıq insan ölüb, 1700-dən çox insan yaralanıb.

İnterpress.az