Leonardo Da Vinçinin böyük sərgisi açılacaqbackend

Leonardo Da Vinçinin böyük sərgisi açılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, məşhur rəssamının əsərləri istanbullu sənətsevərlərə dekabrın 14-də yetişəcək. Sərgidə bir rəssam, filosof, musiqiçi, memar və mühəndis kimi tanınan Leonardo Da Vinçinin orijinal eskizləri vasitəsi ilə hazırlanmış 100 replikası və əlyazması, tablo və ştrixləri yer alacaq.

2018-ci il aprelin 7-dək davam edəcək sərgidə Leonardo Da Vinçinin əsərləri ilə yanaşı, bu dahi sənətkardan ilham alan Donatello, Rafael kimi digər intibah dövrü rəssamlarına aid nümunələr və sənədlər də nümayiş olunacaq.

İnterpress.az