Ata 2 azyaşlı qızını vəhşicəsinə öldürdü!backend

Ata 2 azyaşlı qızını vəhşicəsinə öldürdü!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Antalya şəhərində, kirayəşindən xəbər ala bilməyən ev sahibi evə gedib, qapını aça bilmədiyinə görə polis çağırıb. Polislər qapını açdıqda isə 40 yaşlı ata Göksel Akşeker və 2 qızının cəsədi ilə qarşılaşıblar. Belə güman olunur ki, ata iki uşağını öldürdükdən sonra intəhar edib.
Daha sonra məlum olub ki, qatil ata aylar əvvəl arvadını tapançayla yaraladıqdan sonra hadisə yerindən qaçıb. Həmçinin, Akşeker 2 il əvvəl 13 mərtəbəli binanın 11-ci mərtəbəsinə çıxaraq intəhara cəhd edib. Polisin evdə axtarış əməliyyatlarından sonra 20 ədəd saxta vəsiqə tapılıb.

İnterpress.az