Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Qabığının soyulub yeyilməsi məsləhətdir - Armudun

Armud tez həzm olunur, tumu isə bərkidicidir. Tumu mədə-bağırsağı təmizləyir. Armudun üstündən su içmək olmaz, köp yaradır. Yaşlı insanlar armudun sulu ve dəymişini yeməlidir.

Dərc edilib: 13 noyabr 2017 [11:19]
Baxış sayı: 64

Armudun şirəsini sıxarkən qabığlı sıxmaq lazımdır.
Armud ürək-qara ciyər üçün də faydalıdır. Ancaq yeyərkən qabığının soyulub yeyilməsi məsləhətdir. Çünki mədədə ağırlıq yarada bilər.
Revmatizm xəstəliyinə də çox kömək edir.
Armud həmçinin orqanizmdən zəhərli maddələri dəf edir, rəngi təravətləndirir, əhval-ruhiyyəni yaxşılaşdırır.
Meyxoş armud şəkər xəstələri üçün münasibdir.
İştahı artırır, qan təzyiqini tənzimləyir, ürəkbulanmanın qarşısını alır, öd kisəsi üçün faydalıdır.
Mədə pozğunluğu zamanı armudun bərk və susuz olan yabanı növlərindən yemək məsləhətdir.
Böyrək və sidik kisəsində daşı olanlara 50 qr armud yarpağı, bir o qədər də alma yarpağı bir yerdə dəmlənilib içilməlidir. Armud böyrəklər və böyrək daşları üçün faydalı meyvədir.
Bundan başqa armud, sidik yollarındakı iltihabları təmizləyir, sidiyə çıxmağa kömək edir.
Qanı təmizləyərək menstruasiyanı normallaşdırır. Qəbizlikdə armud yaxşı təsir edir.
Həzm sistemini qüvvətləndirir, susuzluğu yatırır.
Zehni gücləndirmək üçün də yaxşı qida hesab olunur.
Hamiləlik dövründəki qusmalara, oynaq problemlərinə kömək edir.
Armud duz baxımından zəngindir. Həzmi yaxşılaşdırır, ürəyin qüvvətlənməsinə, soyuqdəymə və qrip xəstələrində halsızlığın sovuşdurulmasında ən böyük nemətdir.
Əsəbi hallarda yeyilən armud insanı sakitləşdirə bilər.

Qabığının soyulub yeyilməsi məsləhətdir - Armudun


İnterpress.az












Oxşar xəbərlər

Dərmanların qiyməti dolların məzənnəsinə uyğun dəyişəcək


Cəmi səslər: 460