İrandan Azərbaycana qumbara gətirildibackend

İrandan Azərbaycana qumbara gətirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Astara Gömrük İdarəsinin yük şöbəsində İran İslam Respublikasından daxil olan yük nəqliyyat vasitəsinə gömrük nəzarəti həyata keçirilib.

Yoxlama zamanı, Azərbaycan Respublikasının vətəndaşı Həşimov Əkbərağa Maşalla oğlunun idarə etdiyi \”Kamaz\” markalı, 44BM570/44ZA357 nömrəli həmin nəqliyyat vasitəsinin kabinəsində, arxa hissədə yataq üçün nəzərdə tutulmuş döşəyin altında döyüş sursatı hesab edilən \”Ф-1\” markalı, müdafiə təyinatlı 1 ədəd əl qumbarası aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az