Komitə sədrindən sərt tənqidbackend

Komitə sədrindən sərt tənqid

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Milli Məclisdə 2018-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.

Deputat bildirib ki, yerli icra hakimiyyətləri bələdiyyələrin fəaliyyətini məhdudlaşdırır.

“Bu il bələdiyyələrə subvensiya ayrılması məsələsi hələ də öz həllini tapmayıb. Bələdiyyələrin fəaliyyəti üçün büdcədən bu sahəyə 5, 2 milyon manat pul ayrılıb. Olmazdımı ki, bunun bir hissəsini subvensiya kimi verilsin? İnanmıram ki, hansısa sahəyə ayrılmış puldan kəsilib başqa sahəyə yönəldilsin. Ancaq burada xərclənən vəsaitə, görülən işlərə nəzarət etmək lazımdır. Çox xahiş edirəm ki, mənim bu suallarıma Milli Məclisin plenar iclasında büdcə müzakirəsi zamanı cavab verilsin. Elə olmasın ki, burada dediyim, burada da qalsın”.

İnterpress.az