“Büdcə kəsirindən qorxmaq lazım deyil”backend

“Büdcə kəsirindən qorxmaq lazım deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Milli Məclisdə 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı deputat Tahir Kərimli deyib.

Deputat bildirib ki, 2018-ci ildə büdcədə neftin neftin qiyməti 45 dollardan hesablanacaq. “Neftin qiyməti 65 dollar olduğu halda, niyə belə olmalıdır? Biz bundan qorxmamalıyıq. Beynəlxalq təşkilatların əksəriyyəti neftin qiymətini 50 dollardan hesablayırlar. Niyə biz neftin qiymətini 45 dollardan götürürük?”

Deputat deyib ki, büdcə kəsirindən qorxmaq lazım deyil. “Bunu iqtisadçılar da deyirlər. Əgər biz büdcə kəsirindən qorxmasaq bizim pulumuz olar. Hər il Neft Fondundan büdcəyə tranfertlər azalır. Dövlət Neft Fondunun büdcəsi artırsa büdcəyə transfertlər niyə azalır? Mən Dövlət Neft Fondunun büdcəsinin artımlarını onların tərtib etdiyi statistikaya əsasən deyirəm”.

T.Kərimli bildirib ki, hər il bir sıra sahələrə 10-20 faiz artım olur.

“Amma 10 ildən çoxdur ki, Azərbaycanda siyasi partiyalara ayrılan vəsait artırılmır. “Siyasi partiyalar haqqında” qanunun 17-1-ci maddəsində göstərilib ki, siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsindən vəsait ayrılır.

Həmin vəsait dövlət büdcəsində ayrıca sətirlə göstərilir. Milli Məclisdə təmsil olunan siyasi partiyaya il ərzində 100 minə yaxın vəsait ayrılır. Bu da aya, təxminən, 8 min manat edir. Respublikanın 80-dan çox rayonu varsa və həmin siyasi partiyaların bölgələrdə strukturları olmalıdırsa, onda 8 min pulla bunları necə saxlamaq olar? Hesab edirəm ki, bu məsələyə baxılmalıdır”.

İnterpress.az