Elmira Axundova yazıçıların durumundan şikayətləndibackend

Elmira Axundova yazıçıların durumundan şikayətləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu Fond, Azərbaycanın birinci vitse-preidenti, hörmətli Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində mədəniyyət sahəsi ilə bağlı mühüm tədbirlər, aksiyalar keçirilir. Yəni, büdcədə mədəniyyət sahəsinə artırılan vəsait yetərli olmasa da, bu sahənin inkişafına diqqət göz önündədir”.

Bunu Milli Məclisdə 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı deputat Elmira Axundova deyib.

Deputat bildirib ki, 2500-dən artıq üzvü olan Azərbaycan Yazıçılar Birliyinin (AJB) üzvlərinin böyük əksəriyyətinin maddi durumu ürəkaçan deyil.

“Çoxlarının az qala yaşadığı mənzillər başlarına uçur. Mənzil şəraitləri çox bərbaddır. Onu da nəzərə alaq ki, yazıçıların böyük əksəriyyəti işləmir, onlar yazıb-pozurlar, yaradıcı fəaliyyətlə məşğul olurlar. Ona görə də onların öz maddi-sosial durumlarını, mənzil şəraitlərini yaxşılaşdırması mümkün deyil. Bu baxımdan, büdcədə bu sahənin insanlarına ayrıca vəsait nəzərdə tutulmalıdır.

Bu, elə də böyük vəsiat təşkil etmir. İnanın ədəbiyyata, yaradıcı insanlara, yazıçı və şairlərə ayrılan, yönəldilən vəsait itmir, batmır, o, geri qayıdır, Azərbaycan dövlətinin mədəniyyətinin inkişafına, tanıdılması işinə xidmət edir. Odur ki, bu məqama daha ciddi diqqət yetirmək lazımdır”.

İnterpress.az