Amerikaya köçən azərbaycanlı jurnalist qabyuyan işləyir – FOTObackend

Amerikaya köçən azərbaycanlı jurnalist qabyuyan işləyir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Modern.az-a istinadən məlumat verir ki, Aynur Talıbova işindən çox məmnun olduğunu bildirib: “Nəyə görə qabyuyan işləmək utancverici olmalıdır?! Amerika böyük ölkədir. Burada qabı əllə yumaq heç də geridəqalmışlıq sayılmır. Qabyuyan işləmək də bir iş növüdür. Düşünürəm ki, hansısa TV-də mahnı oxumaqdansa, Amerikanın Virciniya ştatında qab yumaq məsləhətdir”.

A.Talıovanın sözlərinə görə, ona yeni düzəldiyi qabyuyan işinin bir saatına görə 11 dollar ödənilir.

“Bir azdan qab yumağın texnikası üzrə kitab da yazmalı olacam”,- deyə keçmiş telejurnalist zarafatından da qalmayıb

Aynur Talıbova Amerikada yaşasa da, ailəsi üçün mətbəxə tez-tez keçdiyini söyləyib.
“Məgər hər gün restoranda oturub, yemək sifariş etmək olar?! Ailəm üçün bütün yeməkləri özüm hazırlayıram. Bu işi də sevə-sevə edirəm”.

Qeyd edək ki, əvəllər “Lider” və ANS telekanallarında işləmiş Aynur Talıbova ailə qurduqdan bir müddət sonra ABŞ-a köçüb. O, Simran Baxış adlı azərbaycanlı ilə evlidir. Onların Uğur adlı bir oğulları var.

Amerikaya köçən azərbaycanlı jurnalist qabyuyan işləyir - FOTO

İnterpress.az