İsrail: “Lazım olsa, İranın Suriyadakı bazasını dağıdarıq”backend

İsrail: “Lazım olsa, İranın Suriyadakı bazasını dağıdarıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, edilən açıqlamada nazir, İranı İsrailin hüdudundan 50 km məsafədəki Golan təpələrinin Suriya hissəsində aşkar edilən hərbi bazasını dağıtmaqla hədələyib və İsrail ordusunun İrandan gələn təhdidlərə əngəl olmaq üçün hərbi hücumlarına davam edəcəyini əlavə edib.
Liberman “İsrail qarşı tərəfdən gələcək hər cür hücuma və sərhəd suverenliyini pozan hər hansı bir hərəkətə qarşılıq verəcəkdir” deyə bildirib. Nazir Əsədi torpaqlarında yenidənqurmalara əngəl olmağa çağıraraq “ Şiələrin burada yerləşməsinə əsla icazə verməyəcəyik” deyə qeyd edib.
Əlavə edək ki, İsrail tərəfindən edilən açıqlamalar BBC-nin Suriyadakı İran hərbi bazasının peyk görüntülərini yaymasından sonra edilib.

İnterpress.az