Bakıda “Gelandewagen” daha bir can aldı — Sürücü məmur oğlu imiş – YENİLƏNİBbackend

Bakıda “Gelandewagen” daha bir can aldı — Sürücü məmur oğlu imiş – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Suraxanı rayonu ərazisində taksi sürücüsünün həyatını itirməsiylə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Suraxanı Rayon Prokurorluğundan \”Ölkə.Az\”a verilən məlumata görə, 1959-cu il təvəllüdlü Bakı şəhər sakini, II qrup əlil Vəliyev Abbas Əli oğlu 90-xx747 dövlət nömrə nişanlı \”Toyota\” markalı avtomobillə yolun hərəkət hissəsində Naxçıvan Muxtar Respublikası, Şərur rayon sakini 1971-ci il təvəllüdlü Quliyev Natiq Məmməd oğlunu vurub. Prokurorluğun məlumatında bildirilir ki, Vəliyev Abbas Əli oğlu hadisəni törədəndən sonra hadisə yerindən qaçmayıb.

Faktla bağlı Suraxanı rayon polis idarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, ötən gün saytımızda gedən informasiyada hadisənin \” Gelandewagen\” markalı maşınla məmur oğlu tərəfindən törədildiyi bildirilirdi. Ancaq Suraxanı Rayon Prokurorluğuyla apardığımız dəqiqləşdirmədən sonra hadisənin \”Toyota\” markalı avtomobillə törədildiyini məlum oldu.

***

İnterpress.az olke.az-a istinadən xəbər verir ki, \”Gelandewagen\” markalı avtomobil yol kənarında dayanmış \”Mercedes\” markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində \”Mercedes\”in sürücüsü, Naxçıvan şəhər sakini olan Natiq adlı şəxs yerindəcə keçinib.

İnterpress.az