Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Brakonyerlərlə polis arasında insident

Bakı buxtasında insident olub.

Dərc edilib: 14 noyabr 2017 [14:18]
Baxış sayı: 34

İnterpress.az APA-ya istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən Bakı buxtasında qanunsuz balıq ovu ilə məşğul olan şəxslərə qarşı həyata keçirilən əməliyyat zamanı “Yamaha” markalı qayıqda olan şəxslər polisə tabe olmayaraq, idarə etdikləri qayığı polisin patrul qayığına vuraraq hadisə yerindən qaçıblar.

Nəqliyyat Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə hadisəni törədən əvvəllər məhkum olunmuşlar - Natiq Əbilov və Sərxan Quliyev tutulublar.

Saxlanılarkən S. Quliyevdən heroin aşkar edilərək götürülüb.

İnterpress.az










Oxşar xəbərlər

Dərmanların qiyməti dolların məzənnəsinə uyğun dəyişəcək


Cəmi səslər: 458