Telman İsmayılovun adı Lənkəranskinin qətlində hallanırbackend

Telman İsmayılovun adı Lənkəranskinin qətlində hallanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə \”Mash” telegram-kanalı xəbər yayıb. İstintaqın əlində olan materiallara görə, Telman İsmayılov Rusiya Dövlət Bədən Tərbiyəsi Universitetinin prorektoru Mixail Bodinin qətlə yetirilməsində şübhəli bilinir.

Belə ki, həmin ali məktəb azərbaycanlı iş adamının rəhbəri olduğu \”Çerkizovo” bazarının yaxınlığında yerləşirmiş. 1996-cı ildə Telman İsmayılov universitetin ərazisinin bir hissəsini ələ keçirmək istəyib, lakin Bodin bunun qəti əleyhinə çıxıb. Elə həmin vaxt daha bir prinsipial fiqur – bu qərarı çıxarmalı olan qadın – torpaq departamentinin məmuru qətlə yetirilir.

Telman İsmayılov 8 nəfərin qətlində ittiham olunsa da, bu rəqəm 9-a da yüksələ bilərdi. Doqquzuncu qətlə namizəd isə müğənni Avraam Russo olub. Telman İsmayılov müğənniyə prodüserlik edib. Mənbə bildirir ki, sonralar T.İsmayılov müğənninin korporativ məclislərdən qazandığı pulları prodüserindən gizlətdiyini öyrənib və onu aradan götürməyi əmr edib. Bu planın həyata keçməsinə isə killerlərin zərərli adətləri mane olub – kokainin artıq dozasından özünə gələ bilməyən qatil atəş açarkən səhvə yol verib.

İki nəfərin qətli ilə bağlı beynəlxalq axtarışa verilən iş adamı Telman İsmayılovla bağlı başqa maraqlı faktlar da ortaya çıxıb.

\”Qafqazinfo”nun Rusiya KİV-nə istinadən yaydığı xəbərə görə, rus hüquq-mühafizə orqanlarından qaçaraq Türkiyəyə sığınan biznesmen bu dəfə də \”qanuni oğru” Rövşən Lənkəranskinin qətl işi bağlı əsas fiqura çevrilib.

\”Prestupnoy Rossii”nin yazdığı məlumata görə, 2016-cı ildə qətlə yetirilən Canıyevin cinayət işi hələ də açılmamış qalır. Baxmayaraq ki, 2017-ci ilin yanvarında Rəşad Gəncinski kriminal dairələrdə Lənkəranskinin onun sifarişi ilə öldürüldüyünü elan etmişdi. Qeyd edək ki, Rəşad Gəncinski isə öz növbəsində \”qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) klanına daxildir.

Türkiyə hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, Telman İsmayılov qardaşı vasitəsilə Lotu Quliyə ötən il Rövşən Canıyevin harda olması ilə bağlı son informasiyanı ötürüb. Məhz bu informasiyanın sayəsində Canıyev İstanbulda güllələnib.

Mənbə onu da qeyd edir ki, Nadir Səlifovun qardaşı müflis olan iş adamı T.İsmayılovun villasının fəxri qonaqlarından olub.

Təsadüfi deyil ki, Türkiyənin də onlar üçün təhlükəsiz yer olmadığını anlayan İsmayılov qardaşları sığınacaq üçün Fransaya üz tutublar.

İnterpress.az