ReAL qurultay üçün 7 ünvana müraciət etdibackend

ReAL qurultay üçün 7 ünvana müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ReAL-ın mətbuat xidmətindən verilən məlumata görə, 1-ci təsis qurultayının keçirilməsinə yer ayrılması və kirayələnməsi üçün aşağıdakı qurumlara müraciət edilib:

1. Bakı Şəhər İcra Hakimiyyəti
2. Azərbaycan Dövlət Opera və Balet Teatrı
3. Beynəlxalq Mətbuat Mərkəzi
4. \”Pullman Baku\” Oteli
5. \”Park Inn\” Otel
6. \”Hyatt Regency\” Oteli
7. \”The Landmark Baku\” Oteli

Məlumatda qeyd edilir ki, Bakı şəhəri Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayına edilən müraciətə də Bakı Şəhər Mədəniyyət və Turizm Baş idarəsi tərəfindən heç bir cavab verilməyib.

Qeyd edək ki, Bakı Şəhər Mədəniyyət və Turizm Baş idarəsinə edilən müraciətdə qurultayın noyabrın 4, 5, 11, 12, 18, 19, 25, 26 və ya dekabr ayının ilk həftəsonu keçirilməsinin mümkün olduğu göstərilib.

İnterpress.az