ABŞ-dan Arakan hadisələrinə reaksiyabackend

ABŞ-dan Arakan hadisələrinə reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ xarici işlər naziri Rex Tillersonun çərşənbə günü Myanmar Silahlı Qüvvələr Baş Qərargah rəisi ilə görüşəcəyi bəyan edilib. Görüşdə Arakanda baş verən zorakı hadisələrin dayandırılması, ərazidə sabitliyin təmin olunması problemlərinin müzakirə olunacağı açıqlanıb.
Qeyd edə ki, 25 avqustda Arakan əyalətində başlayan hadisələrdə Myanmar ordusu və buddist fanatiklər Arakanlı müsəlmanları köç etməyə məcbur etmiş və bir çox müsəlman həyatını itirmişdi.
BMT məsələni “etnik təmizləmə” kimi dəyərləndirməsindən sonra ABŞ Myanmar ordusundakı bəzi generallara sanksiya tətbiq etmək qərarına gəlmişdi.

İnterpress.az