Rusiya İngiltərə baş nazirinin twitterdən “cavabını verdi”backend

Rusiya İngiltərə baş nazirinin twitterdən “cavabını verdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İngiltərə baş naziri Tereza Meyin Rusiyanı hədəf alaraq, “Nə etdiyinizi bilirik, bacara bilməyəcəksiniz” sözlərinə sərt cavab gəldi.
Tereza Meyin bir qonaqlıqda əlində şərab qədəhi ilə çəkilmiş şəklini paylaşan Rusiya Xarici İşlər Nazirliyi rəsmi twitter hesabında şəkillə birlikdə “Biz də sənin nə etdiyini bilirik. Əziz Tereza, ümid edirik, bir gün Krım Massandra qırmızı şərabını dadarsan” ifadələrini işlədib.
Tereza Mey verdiyi açıqlamada Rusiyanı “mediyada saxta xəbərlər yayaraq seçkilərə qarışmaqda, qərbdə qarışıqlıq salmaq naminə məlumatı silah olaraq istifadə etməkdə günahlandırmışdı.

İnterpress.az